AZ

Peter Stanonun Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə qəbuledilməzdir - XİN

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizliksiyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın“Armenpress” xəbər agentliyinin sualına cavabında Avropaİttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanınmilitarizasiyası barədə səsləndirdiyi fikirlər tamamilə əsassız vəqəbuledilməzdir.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyininmətbuat katibi Ayxan Hacızadənin Avropa İttifaqının (Aİ) xariciməsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi PeterStanonun iddialarına dair şərhində bildirilib.

Avropa İttifaqı rəsmisinin Azərbaycan Respublikası Prezidentininfikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rəddedirik.

Azərbaycanın razılığı ilə yaradılmış missiyanın mandatının heçbir əsas olmadan genişləndirilərək, onun guya bölgədə sülh vəAzərbaycanla-Ermənistan arasında normallaşma prosesinə dəstəkrolunun olması fikirləri bu missiyadan necə sui-istifadə edildiyinigöstərir.

Anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilənbu missiya Azərbaycanın Ermənistan ilə apardığı normallaşmaprosesində hər hansı bir rola malik ola bilməz.

Aİ missiyası təsis edilən gündən müxtəlif vədlərə baxmayaraq,missiya Azərbaycanın legitim maraqlarını nəzərə almayıb, missiyafəaliyyəti qarşılıqlı inam və etimadı təmin etməyib.

Aİ Missiyasının rəhbəri dəfələrlə Ermənistan tərəfinin yalan vəböhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansıbir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirdiyi, AİMissiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq”kimi təqdim edildiyi, bununla normallaşma prosesinə xələl gətirdiyihər kəsə məlumdur. Bu mühitdə, Ermənistan tərəfi Aİ Missiyasınınmövcudluğundan sui-istifadə etməkdədir.

Bununla yanaşı, bütün dünyada öz işğalçılıq siyasəti,Azərbaycana qarşı 30 ilə yaxın hərbi təcavüzü ilə tanınanErmənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbitəchizatlara (öldürücü və hücum tipli silah növləri daxil olmaqla)dair yeni vədlərin də yer aldığı kampaniya Azərbaycanın millitəhlükəsizliyinə təhdiddir. Bu prosesə Avropa İttifaqı mətbuatkatibinin bəraət qazandırması narahatlıq mənbəyidir.

Qonşularına qarşı ərazi iddialarından əl çəkməyən Ermənistanınstrateji hücum silahları əldə etməsi daxil olmaqla, kütləvi şəkildəhərbiləşmə siyasətinə son qoyulmaması bölgədə növbəti gərginliyinyaradılması səyləri kimi qiymətləndirilə bilər.

Azərbaycan bölgədə beynəlxalq hüququn əsas norma və prinsipləriəsasında davamlı sülhün, sabitliyin və təhlükəsizliyintərəfdarıdır. Sülhə təhdid törədən addımların qətiyyətlə qarşısınınalınması zəruridir.

Seçilən
3
49
az.trend.az

10Mənbələr