AZ

Anavətənçilər Zəfər Parkını ziyarət etdi - FOTO

27 Sentyabr - Anım günü münasibətilə AVP üzvləri Zəfər Parkını ziyarət edib.
 

Sfera.az xəbər verir ki, "27 Sentyabr 2024-cü ildə biz Anavətənçilər bütün xalqımızla bərabər canlarını torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda fəda edən, ruhları and yerimizə çevrilən qəhrəman Şəhidlərimizin əziz ruhlarını anmaq üçün Bakı səhərində inşası davam etdirilən Zəfər Parkını ziyarət etdik. 
 

Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazan, Millətimizi Azad, Qüdrətli, Bütöv Azərbaycana hədəfləyən və bu yolda ciddi uğurlara imza atan, unikal və təkrarsız siyasət həyata keçirən, müdrik, qətiyyətli, dünya səviyyəli dövlət xadimi, XİLASKAR Ali Baş Komandanımız, Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevə Uca Tanrıdan möhkəm can sağlığı arzulayırıq.  Uca Yaradan bütün Şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Amin!" - deyə millət vəkili Günay Ağamalı bildirib.

Seçilən
1
2
sfera.az

3Mənbələr