AZ

IBA Çempionlar Gecəsində qalib gələn Azərbaycan boksçusu: Yarışa çox yaxşı və ciddi hazırlaşmışdıq

Bakı, 28 sentyabr, AZƏRTAC

“Yarışa çox yaxşı və ciddi hazırlaşmışdıq”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən IBA Çempionlar Gecəsində monqolustanlı rəqibi Monx-Erdene Urançimeqə qalib gələn Azərbaycan boksçusu Sərxan Əliyev jurnalistlərə açıqlamasında deyib.

71 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışın Vətəndə keçirilməsinin üstünlük olduğunu vurğulayıb: “Doğma divarlar arasında, azarkeşlərimizin önündə daha məsuliyyətli və motivasiyalı oluruq. Şükürlər olsun ki, əziyyətim yerdə qalmadı və qələbə qazandım”.

O, dəstəyə və yaxşı hazırlığa görə məşqçilərinə və federasiyaya təşəkkür edib.

Qeyd edək ki, IBA Çempionlar Gecəsi Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunub. Yarışda dünyanın ən güclü boksçuları iştirakı edirlər.

 

Seçilən
20
azertag.az

1Mənbələr