AZ

Faciəvi şəkildə ölən Arzu tələbə imiş

Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Demokrat.az-ın
məlumatına görə, Arzu Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə IV kurs tələbəsi imiş.

Seçilən
1
24
demokrat.az

10Mənbələr