AZ

Nəsrullah belə qətlə yetirilib: SƏN DEMƏ...- DETALLAR açıqlandı

Nəsrullah belə qətlə yetirilib: SƏN DEMƏ...- DETALLAR açıqlandı
 
İsrail hakimiyyəti Livan "Hizbullah"ının lideri Həsən Nəsrullahın harada olduğunu onun Beyrut ətrafındakı qərargahına hava hücumundan əvvəl bir neçə ay izləyib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” İsrail mənbələrinə istinadən yazıb.
 
"İsrail liderləri Həsən Nəsrullahın harada olduğunu aylardır bilirdilər və keçən həftə onu vurmaq qərarına gəliblər", deyə qəzet yazıb.
 
Qeyd olunur ki, İsrail hakimiyyəti "Hizbullah" liderinin təhlükəsizlik səbəbi ilə tezliklə yaşayış yerini dəyişə biləcəyinə inandıqları üçün bu qərarı verib.
 
Qəzet həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyası üçün Nyu-Yorka səfərinin "Hizbullah" lideri Həsən Nəsrullahın təhlükəsiz olduğuna inandırmaq üçün diqqəti yayındırmanın bir hissəsi olduğunu yazıb.
 
Qeyd edək ki, Həsən Nəsrullah İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcının təşkilatın yeraltı qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Bu gün İsrail və "Hizbullah" onun ölümünü təsdiqləyib.
 
Aydın
Seçilən
656
27
qaynarinfo.az

10Mənbələr