AZ

Muzey Mərkəzində "Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi" adlı sərginin açılışı keçirildi (FOTO)

Bakı. Trend:

Muzey Mərkəzinin Sərgi Qalereyasında "Azərbaycan rəssamlarınınabstrakt incəsənət təcrübəsi"adlı sərginin açılışı keçirilib.

Trend xəbər verir ki, tədbirAzərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, AzərbaycanRespublikası Mədəniyyət Nazirliyi və Muzey Mərkəzinin dəstəyi iləbaş tutub.

Bu sərgi Azərbaycan Rəssamlar İttifaqı, Beynəlxalq RəssamlarKlubu və Azərbaycan Birləşmiş Rəssamlar Klubu tərəfindən təşkiledilən "Xəzər" Biennalesi Platformasının proqramını açır və bütünregion üçün əhəmiyyətli bir mədəni hadisə olub. "Xəzər" Platforması28 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində baş tutacaq vəXəzəryanı ölkələrdən olan rəssamları, kuratorları və ekspertləriincəsənət vasitəsilə mədəni mübadilə, dialoq və əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə bir araya gətirəcək. Platformaçərçivəsində sərgilər, dəyirmi masalar və müzakirələr keçiriləcək,bu tədbirlər regionun müasir incəsənətinin tədqiqi və onun qlobalbədii proseslərlə qarşılıqlı əlaqəsinin öyrənilməsinəyönələcək.

XX-XXI əsrlər Azərbaycan müasir incəsənəti bir neçə böyükistiqamət üzrə təmsil olunur. İlk növbədə, bu, Tahir Salahov,Mikayıl Abdullayev və bir çox digər ustaların yaradıcılığındaəksini tapan sosialist realizmidir. Digər mühüm istiqamət TofiqCavadov, Rasim Babayev və onların həmfikirlərinin əsərlərində özünügöstərən “Abşeron məktəbi”dir. Üçüncü istiqamət isə, QorxmazƏfəndiyev, Əşrəf Murad, Cavad Mircavadov və digərnonkonformistlərin yaradıcılığında təcəssüm olunan avangard(qeyri-rəsmi incəsənət) cərəyanıdır. Bu istiqamətlər sənətşünaslarvə ekspertlər tərəfindən geniş şəkildə öyrənilib və təsviredilib.

Bununla yanaşı, müasir Azərbaycan incəsənətinin əhəmiyyətli birsahəsi və mühüm istiqaməti hələ tam araşdırılmayıb – bu, müasirabstrakt incəsənətdir. Uzun illərdir bu istiqamətdə məhsuldarşəkildə fəaliyyət göstərən rəssam Fərhad Xəlilovun yaradıcılığınabaxmayaraq, o cümlədən onun ötən il “YARAT” mərkəzində keçirilmişmöhtəşəm sərgisinə baxmayaraq, ümumilikdə Azərbaycanda abstraksiyanisbətən az öyrənilib. Bu səbəbdən Azərbaycan Rəssamlar İttifaqıyerli abstrakt incəsənəti üzrə sərgilər silsiləsinə (bu sərgininnümunəsində olduğu kimi) başlamaq və eyni zamanda, sənətşünaslararasında bu istiqamətdə tədqiqatların aparılması təşəbbüsü iləçıxış edir.

Müasir abstraksiya Azərbaycanda avanqard fenomeni olaraq qəbulolunsa da, onun kökləri ənənəvi mədəniyyətimizdə dərin izlərburaxıb – xüsusilə, qədim xalça sənətində abstrakt həndəsielementlər və naxışlar öz əksini tapıb. Xalçaların, palazların vəkilimlərin quruluşu abstrakt həndəsi fiqurlara əsaslanır ki, bu da,Azərbaycan xalqı öz mədəniyyət matriksində artıq çoxdan abstraktdüşüncəni və abstrakt vizual formalar yaratma təcrübəsinidaşıdığını sübut edir.

Diqqətəlayiqdir ki, yaradıcılığı tamamilə abstraksiyaya həsrolunmuş rəssamlar – Mir-Nadir Zeynalov və Hüseyn Haqverdi iləyanaşı, başqa üslublarda çalışan, lakin abstrakt incəsənətsahəsində eksperimentlər aparan müəlliflər də mövcuddur. SərgidəKamal Əhməd, Gennadi Brijatyuk və Ucal Haqverdiyev kimisənətkarların işləri nümayiş olunur, hansı ki, onların yaradıcılıqaxtarışlarında abstraksiya elementləri müşahidə olunur.

Sərgidə həmçinin xalça formaları və ənənəvi miniatür sənətininmüasir interpretasiyasının sintezi də nümayiş olunur, bu işlərElçin Aslanov və Ramiz Aslanov tərəfindən yaradılıb.

Bu sərgi abstrakt incəsənət sahəsində həm sənət təcrübəsinin,həm də sənətşünaslıq nəzəriyyəsinin inkişafına mühüm bir impulsverəcək, bu sahənin imkanlarını genişləndirəcək. Tamaşaçıları yenikəşflər və Azərbaycan abstrakt incəsənətinin növbəti sərgilərigözləyir.

Ekspozisiyanın iş saatları: 27 – 30 sentyabr, 10.00-dan18.00-dək (giriş sərbəstdir)

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cümərtəbə)

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Muzey
Seçilən
12
4
az.trend.az

5Mənbələr