AZ

“Hizbullah” lideri Həsən Nəsrullah öldürülüb

“Hizbullah”

“Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bu barədə “Hizbullah”a məxsus “Əl-Mənar” telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, "Hizbullah" İsrailə qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.

Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.
Seçilən
8
7
reyting.az

8Mənbələr