AZ

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib (FOTO)

Bakı. Trend:

28 sentyabr 2024-cü il tarixində Bakıda Azərbaycan RespublikasıSəhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləriİnstitutunun yaranmasının 80 illiyinə həsr olunan beynəlxalqelmi-praktik konfrans keçirilib.

Trend xəbər verir ki,konfransda ftiziatriya və pulmonologiya sahəsində yerli və xariciölkələrin, o cümlədən Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və s.aparıcı mütəxəssisləri tənəffüs sistemi xəstəliklərinin müayinə vəmüalicəsinə aid son elmi nailiyyətlər haqqında məruzələrediblər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1944-cü ildə, odövrdə əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olanvərəmlə mübarizə məqsədi ilə yaradılıb. Həmin vaxtdan bu günə kimiİnstitut tək vərəmin tədqiqi deyil, eyni zamanda digər ağciyərinfeksion və qeyri-infeksion xəstəlikləri də (ağciyərlərinbronxobstruktiv xəstəliyi, bronxial astma və s.) daxil olmaqlageniş spektrli tənəffüs xəstəliklərinin diaqnostikası və müalicəsiüçün müxtəlif üsulların işlənib hazırlanmasına qədər uzun bir yolkeçib.

Bu illər ərzində İnstitut Azərbaycanın aparıcı elmi-tədqiqat vətəhsil mərkəzinə çevrilərək dünya elminə mühüm töhfələr verib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu beynəlxalqlayihələrdə fəal iştirak edir, ÜST və digər beynəlxalq qurumlar vətəşkilatlarla əməkdaşlıq edir. İnstitut vərəm və digər tənəffüsorqanlarının xəstəliklərinin diaqnostikası üçün molekulyarmetodların tətbiqində liderə çevrilib. İnstitutun mühüm nailiyyətibeynəlxalq standartlara uyğun sertifikatlaşdırılaraq, Milli İstinadLaboratoriyasının yaradılması olub.

İnstitutun elmi tədqiqatları cari problemlərin həllinə, ocümlədən vərəmin dərmana davamlı formalarına qarşı mübarizəyə,COVID-19 və onun vərəmlə yanaşı xəstəlikləri kimi mürəkkəbxəstəliklərin müalicə strategiyalarının işlənib hazırlanmasınayönəlib.

Konfransda respirator xəstəliklərin, o cümlədən, multi-rezistentvərəmin, yoluxucu və xroniki ağciyər xəstəliklərinin diaqnostikasıvə müalicəsinin aktual problemləri müzakirə aparılıb. Müasirmolekulyar-genetik diaqnostika üsullarına və onların praktikadatətbiqinə xüsusi diqqət yetirilib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illikyubileyinə həsr olunan konfrans bilik və təcrübə mübadiləsi, eləcədə yeni elmi əlaqələrin qurulması üçün unikal bir platformayaçevrilib. Konfransa ölkədə vərəmin müalicəsi ilə məşğul olan tibbmüəssisələrinin rəhbər və aparıcı mütəxəssisləri dəvət olunub.

Konfrans iştirakçıları arasında Səhiyyə NazirliyininElmi-Tədqiqat İnstitutlarının rəhbərləri, Ə.Əliyev adına AzərbaycanDövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan TibbUniversiteti, Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fondun aparıcıəməkdaşları, ümumilikdə 100-dən çox alim və həkim iştirak edib.
Konfransın ölkədə respirator təbabətin gələcək inkişafına vəəhalinin sağlamlığının yaxşılaşdırılmasına təkan verəcək.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Seçilən
9
4
az.trend.az

5Mənbələr