AZ

Livan Parlamentinin sədri: Qarşıdakı 24 saat həlledicidir

İsrailin Livana qarşı son hücumlaırnın və yaranmış böhranın siyasi həll yollarının əldə olunmamasında  qarşıdakı 24 saatı həlledici rol oynayacaq. 

Azreform.info xəbər verir ki, bunu Livan parlamentinin sədri Nəbih Bari Səudiyyə Ərəbistanının "Əl-Şərq əl-Avsat" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ da daxil olmaqla, beynəlxalq təşkilatlarla  İsrailin son dövrlərdəki hücumlarının  qarşısını almaq üçün ciddi səylər davam edir. 
“Nüfuzlu beynəlxalq təşkilatlarla intensiv təmaslar və hazırda Nyu-Yorkda olan baş nazir Nəcib Miqati ilə tam koordinasiyalı şəkildə davam edir və ümid edirik ki, bu səylər nəticə verəcək. Bu, yeganə mövcud və mümkün həll yoludur. Çünki bunun alternativi  müharibədir", -Bari qeyd edib.

Mürtəza
Azreform.info

Seçilən
1
2
azreform.info

3Mənbələr