AZ

Arif Əsədov: "İngilislərin müdafiəsində yetəri qədər boşluqlar var idi"

"Qarşılaşmadan öncə favorit "Totterhem" hesab olunsa da, nəticə meydandakı oyuna görə olmadı". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.
 
Yığmanın sabiq məşqçisi səviyyə fərqinin özünü gstərdiyini də vurğulayıb: "Tottenhem" ilk dəqiqələrdən ağırlığını ortaya qoydu. İngiltərə təmsilçisi qırmızı vərəqə alandan sonra daha təmkinli, hücumda maksimum faydalı oynamağa çalışdı və istəyinə nail oldu. "Qarabağ" rəqibin azlıqda olmasından yetərincə istifadə edə bilmədi. İngilislərin müdafiəsində yetəri qədər boşluqlar var idi. Təmsilçimizin 100 faizli qol epizodlarını boşa verməsi, penaltidən yararlana bilməməsi meydan sahiblərini həvəsləndirdi. Bu qədər fürsəti boşa verirsənsə, acısını çəkəcəksən. "Tottenhem" 10 nəfərlə "Qarabağ"ın qapısında 3 qol keçirdi ki, bu da səviyyə fərqinin göstəricisidi. "Qarabağ"ın ilk turda İngiltərə klubuna qarşı oynaması təcrübə baxımdan faydalı olacaq". 
 
Qeyd edək ki, Ağdam təmsilçisi Avropa Liqasının Liqa mərhələsinin II turunda öz meydanında İsveç təmsilçisi "Malmö"ya qarşı keçirəcək.

Seçilən
6
sport24.az

1Mənbələr