AZ

Daha bir gimnastımız qızıl medal qazandı


Azərbaycanın daha bir bədii gimnastı Zəhra Cəfərova Monteneqronun Budva şəhərində keçirilən Balkan Kubokunda qızıl medal qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Məlumata görə, yığma üzvü top, lent və çoxnövçülük proqramları üzrə birinci yeri tutub.
Qeyd edək ki, bundan əvvəl milli komandanın digər gimnastı Şəms Ağahüseynova da eyni proqramlar üzrə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Xatırladaq ki, sentyabrın 26-sı start götürən yarışa ayın 29-u yekun vurulacaq.
Seçilən
5
43
yeniavaz.com

10Mənbələr