AZ

“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”

“Sentyabrın 26-da ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmiş və iqtisadi inkişafa həsr olunmuş müşavirədə müzakirə edilən əsas məsələlər iqtisadiyyatın daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi ilə bağlı idi. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxışında bu məsələlərin əsas hədəf olduğunu xüsusi vurğuladı”.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də gələn il lazımi səviyyədə olacaq. “Cənab Prezident vacib məsələlərdən biri kimi, xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələrinin həyata keçirildiyini bildirdi. Azərbaycanda mövcud olan sabitlik və proqnozlaşdırılan vəziyyət, uzun illərdir davam edən müsbət sərmayə qoyuluşu prosesi, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasına əlverişli zəmin yaradıb. Bununla belə, xarici investorların ölkəmizə olan münasibətinin daha da yaxşılaşmasına Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi faktı da böyük təsir göstərib. Vətən müharibəsində əldə olunmuş parlaq qələbə, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatının nəticələri təbii olaraq bütün investorlara müsbət siqnal göndərmişdir və biz, dövlət başçımızın qeyd etdiyi kimi, bunun bəhrəsini indi görürük. Bakı və Sumqayıt kimi ənənəvi sənaye məntəqələri ilə yanaşı, indi azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir.”

Seçilən
2
20
publika.az

10Mənbələr