AZ

Masallı məktəblərində anım tədbirləri keçirilib

Masallı məktəblərində anım tədbirləri 
 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin 4-cü  ildönümü ilə əlaqədar təşkil edilən tədbirlərə müəllim və şagirdlərlə yanaşı müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri də qatılıblar. 
Tədbirlər zamanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb, 44 günlük döyüşlərin, 2023-cü ildə antiterror əməliyyatların tarixi əhəmiyyəti haqqında məktəblilərə ətraflı məlumat verilib.
Tədbirlər çərçivəsində mövzu ilə bağlı xüsusi dərslər keçirilib, şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar, rəsm sərgiləri, səhnəciklər nümayiş olunub, vətənpərvərlik mövzusunda filmlərə baxış təşkil edilib.
Həmçinin şagirdlər şəhidlərin ev muzeylərini, məzarlarını ziyarət ediblər.
 
Akif AĞAYEV


 

Seçilən
8
qht.az

1Mənbələr