AZ

Premyer Liqa: "Neftçi" bu gün "Sumqayıt"ı qəbul edəcək

"Neftçi" bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt"ı qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, qarşılaşma saat 19:30-da start götürəcək. 

Oyunun baş hakimi Cavid Cəlilov olacaq. Hələlik qələbə qazana bilməyən paytaxt klubu 4 xalla 9-cu pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 7-ci sıradadır. 

Günün ilk görüşündə "Zirə" evdə "Kəpəz"i sınağa çəkəcək. Rauf Cabarovun idarə edəcəyi matç saat 17:00-da başlayacaq. 

Rəqiblərindən bir oyun az keçirən meydan sahibləri 12 xalla 5-ci yerdədir. Hazırda xalı olmayan Gəncə klubu isə sonuncu-10-cu pillədədir. 

Azərbaycan Premyer Liqası 

VIII tur 

17:00. Zirə” – “Kəpəz” 

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev 

VAR: Əliyar Ağayev 

AVAR: Akif Əmirəli 

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Asif Əliyev 

Zirə İdman Kompleksinin stadionu 

19:30. “Neftçi” – “Sumqayıt” 

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə 

VAR: Elçin Məsiyev 

AVAR: Pərvin Talıbov 

Hakim-inspektor: Feyzulla Feyzullayev 

AFFA nümayəndəsi: Rüfət Əmirov 

“Neftçi Arena” 

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib. Turun digər matçları sentyabrın 29-da baş tutacaq. 

Bizim.Media

Seçilən
3
13
bizim.media

10Mənbələr