AZ

» Heyif ki, o, Laçının azadlığını görə bilmədi»: Milli Qəhrəmanın həyat yoldaşı danışdı — VİDEO

İşğaldan azad edilmiş torpaqlarımıza səfər edən şəhid ailələri Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla anıblar.



İctimaimedia.az xəbər verir ki, Şəhid Oqtay Güləliyevin həyat yoldaşı Afət Güləliyeva Baku TV-yə açıqlamasında Anım Gününü Laçında qeyd etdiyinə görə çox sevincli olduğunu bildirib:



“Azərbaycanın igid oğlanları, ərənləri Prezidentimizin ətrafında birləşərək torpaqlarımızı azad etdilər. Bundan sevincli günümüz ola bilməz. Həyat yoldaşım Oqtay Güləliyev Laçının azadlığı uğrunda döyüşdə həlak olub. Çox təəssüf ki, o bu gün Laçının azadlığını görmədi. Yəqin ki, onun ruhu şad olar. Çünki ailəsi dədə-baba yurdunda yaşayır, yaşadır”.

Seçilən
22
ictimaimedia.az

1Mənbələr