AZ

Ömrü uzadan qidalar

Ömrünü uzatmaq istəyənlər öz rasionlarına kompleks karbohidratlar, bitki mənşəli qidalar və sağlam yağlar daxil etməlidirlər.

Publika.az xəbər verir ki, bu barədə "New Scientist"ə Cənubi Kaliforniya Universitetinin əməkdaşı Valter Lonqo danışıb.

Alim ömrü uzatmaq üçün pəhrizin əsas prinsipinin yatmazdan üç saat əvvəl yeməyi dayandırmaq olduğunu qeyd edib. O, həmçinin bugünkü son yeməklə sabahkı ilk yemək arasında 12 saatlıq fasilə saxlamağın vacibliyinə diqqət çəkib.

Digər vacib qayda balanslaşdırılmış qidalanma tərzidir: kalorilərin 40-60%-i kompleks karbohidratlardan, 10-15%-i bitki mənşəli qidalardan və 25-35%-i bitki mənşəli yağlardan gəlməlidir.

Mütəxəssis qida rasionunuza şəkər və ürək-damar xəstəlikləri riskini azaldan lobya, immunitet sistemini gücləndirən yaşıl tərəvəzlər əlavə etməyi tövsiyə edir. Ürək sağlamlığı üçün vacib olan sağlam yağları ehtiva edən çərəzləri də unutmaq olmaz.

Onun sözlərinə görə, yulaf qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir. Meyvələr isə lif mənbəyidir və bağırsaq sağlamlığını qorumaq üçün vacibdir.

Seçilən
11
6
publika.az

7Mənbələr