AZ

Planetin xəritəsi yenilənə bilər - Maqnit sahəsi dəyişir, panagea qayıdır: Alimdən HƏYƏCAN TƏBİLİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yer kürəsinin səthini təşkil edən qitələrin hər il bir neçə santimetr hərəkət etməsi gələcəkdə radikal bir dəyişikliyin xəbərçisi ola bilər".
Oxu.Az-ın "Sputnik-Türkiye"yə istinadla məlumatına görə, bu barədə İstanbul Universitetinin Geofizika Mühəndisliyi Bölməsinin rəhbəri professor dr. Zihni Mümtaz Hisarlı bəyan edib.
Onun sözlərinə görə, Yer kürəsinin tarixi boyunca qitələr birləşib və ayrılıb.
"300 milyon il əvvəl mövcud olan "Pangeya" superkontinenti zamanla parçalanaraq bugünkü qitələri formalaşdırıb. Lakin proses sona çatmayıb. Qitə hərəkətləri davam edir və 250 milyon il ərzində Amerika, Afrika və Avrasiya yenidən birləşə bilər", - deyə o izah edib.
Qitələr necə hərəkət edir?
Professor Hisarlı qitələrin hərəkətini litosfer təbəqəsinin altında yerləşən isti mantiya təbəqəsindəki konveksiya axınlarına bağlayıb.
"Mantiya daxilindəki nəhəng istilik hərəkəti qitələri bir aeroportdakı gəzən lentlər kimi hərəkət etdirir. Bu proses 4 milyard ildir davam edir, gələcəkdə isə yeni qitə birləşmələrinə səbəb olacaq və Yer kürəsinin xarici görünüşünü tamamilə dəyişdirəcək", - deyə o əlavə edib.
Ekspertin sözlərinə görə, qitələrin hərəkəti təkcə səth formalarına deyil, eyni zamanda Yer kürəsinin maqnit sahəsinə də təsir edir.
"Maqnit sahəsi Yer üzərindəki həyatı qorumaqda kritik rol oynayır. Keçmişdə bu maqnit sahəsinin tərs döndüyü dövrlər olub. Gələcəkdə də maqnit sahəsi dəyişə bilər ki, bu da qitələrin yerdəyişdirməsi ilə əlaqəli ola bilər", - deyə o izah edib.
İkinci Dünya müharibəsinin gizlədilən məlumatları
Doktor Hisarlı qitə hərəkətlərinə dair əldə edilən məlumatların əhəmiyyətinə diqqət çəkib. Xüsusilə İkinci Dünya müharibəsi zamanı toplanan okean dibinin məlumatlarının uzun müddət gizli saxlanıldığını, lakin müharibədən sonra bu informasiyaların elm adamlarına açıldığını bildirib. Onun sözlərinə görə, bu məlumatlar qitələrin sürüşməsini və Yer kürəsinin maqnit quruluşunu anlamaqda mühüm rol oynayıb.
Qitələr birləşərsə, nə baş verər?
Alim bildirib ki, qitələrin birləşməsi təkcə coğrafi deyil, eyni zamanda geoloji və iqlim dəyişikliklərinə də yol açacaq.
"Birləşmə nəhəng dağların yaranmasına və vulkanik fəaliyyətlərin artmasına səbəb olacaq. Lakin bu vəziyyət iqlimi birbaşa dəyişdirməyəcək, ancaq vulkan fəaliyyətləri atmosferdə qaz yığılmasına gətirəcək ki, bu da müvəqqəti iqlim dəyişikliklərinə səbəb ola bilər", - deyə professor əlavə edib.
O, 250 milyon il ərzində qitələrin yenidən birləşməsi ehtimalının həm həyəcanverici, həm də qorxuducu olduğunu deyib.
"Keçmişdə olduğu kimi, Yer kürəsinin səthi bir daha köklü dəyişikliklərə səhnə ola bilər", - deyə Hisarlı sözlərini yelkunlaşdırıb.
Seçilən
16
50
oxu.az

10Mənbələr