AZ

Azərbaycan Türkiyəyə qaz nəqlini artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun hesabatında qeyd olunub. Məlumata görə, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 10,24 % çoxdur. Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib.

Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,65 % çoxdur. Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.

Seçilən
11
9
sia.az

10Mənbələr