AZ

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

 

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

 

Görüşdə ikitərəfli və çoxtərəfli gündəliyin cari istiqamətləri və gələcək perspektivləri, Azərbaycanın COP29-a sədrliyi, münaqişədən sonrakı sülh səyləri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

Tarix: 28 Sentyabr 2024, 04:13   
Seçilən
13
4
pravda.az

5Mənbələr