AZ

“Hizbullah” hərəkatının liderinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılır

Ötən gün İsrail ordusunun zərbələri nəticəsində Livanda “Hizbullah” təşkilatının yüksək rütbəli heç bir lideri ölməyib.

“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah və Haşim Safiuddin təhlükəsiz ərazidədirlər.

Haşim Safiuddin həm də 2020-ci ildə İraqda öldürülən Sepahın Qüds qoşunlarının keçmiş komandanı, general Qasım Süleymaninin qaynıdır.

Lakin İsrail mətbuatı “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın öldüyünə inanır. Bu barədə “Times of İsrael” nəşri yazır. “Hizbullah”a yaxın mənbə bildirib ki, İsrailin endirdiyi zərbələr 6 binanı yerlə-yeksan edib: “Bu, “Hizbullah” və İsrail arasında təxminən bir il davam edən münaqişədə Beyruta edilən ən ağır hücumdur”.

İsrail televiziya kanalları isə hücumda on ton ağırlığında partlayıcısı olan bombalardan istifadə edildiyini bildirib. Livandakı mənbə “Reuters” agentliyinə deyib ki, “Hizbullah”ın yüksək rütbəli rəsmiləri adətən hücuma məruz qalan əraziyə toplaşırmış.

Seçilən
29
far.az

1Mənbələr