AZ

İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirməyə başlayıb

İsrail ordusu Beyrutun kənarındakı Dahiya bölgəsində “Hizbullah” hərəkatının strateji silah anbarlarına zərbələr endirməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, “Hizbullah” terror təşkilatına məxsus silahlar Dahiya rayonunda mülki binaların altında saxlanılır.

Bundan başqa İsrail ilk dəfə Beyrut sakinlərini şəhərin müəyyən ərazilərini boşaltmağa çağırıb. Söhbət Əl-Leylaki məhəlləsində və Əl-Hadas ətrafında yerləşən bir neçə binanın boşaldılmasından gedir.

İsrail ordusunun nümayəndəsi Avihay Edrinin etdiyi videomüraciətdə bildirilib: “Əgər “Hizbullah”a məxsus qurğularının yaxınlığındasınızsa, özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binaları tərk etməli və onlardan ən azı 500 metr aralıda dayanmalısınız”.

Qeyd edək ki, “Hizbullah” təşkilatının silahlı birləşmələri İsrailin şimalındakı yaşayış məntəqələrini ballistik raketlərdən istifadə etməklə atəşə tutub.

Seçilən
31
far.az

1Mənbələr