Bakı. Trend:
Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçüntəşkil etdiyi növbəti kurs başa çatıb.
Trend İdman.biz-ə istinadən xəbərki, Sumqayıt OİK-də təşkil olunan kurs altı gün davam edib.
AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinədaxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3məşqçi-müəllimi iştirak edib. Dərslər FIVB-nin məşqçi-instruktoru,AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindənkeçirilib.
Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahanveriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin “1-cidərəcə” sertifikatı təqdim olunub.
Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkilolunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almışməşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1seminarında iştirak etmək hüququ qazanacaqlar.