AZ

İordaniyanın Fransadakı səfirliyi qarət edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Naməlum şəxslər İordaniyanın Fransanın paytaxtı Parisin nüfuzlu Nöyi-sür-Sen kommunasında yerləşən səfirliyini qarət ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Sud Ouest" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, oğurlanmış əşyalar arasında içərisində məxfi məlumatlar olan kompüter, təxminən 15 min avro dəyərində saat və İordaniya səfiri Lina əl-Hadidin mənzilinin açarları ola bilər.
Prokurorluq məxfilik şərtlərini əsas gətirərək, oğurlanmış əmlakla bağlı məlumatları təsdiq etməyib.
Qəzetin məlumatına görə, hadisə ilə bağlı cinayət işi açılıb.
Seçilən
11
8
oxu.az

10Mənbələr