AZ

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. 

Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli gündəliyin cari istiqamətləri və gələcək perspektivləri, Azərbaycanın COP29-a sədrliyi, münaqişədən sonrakı sülh səyləri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub

Seçilən
11
4
operativmedia.az

5Mənbələr