AZ

Mahaçqaladakı partlayışda ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb

Qeyd olunub ki, hadisə nəticəsində daha 11 nəfər xəsarət alıb.

Onların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Qeyd olunub ki, partlayış yanacaqdoldurma məntəqəsində benzinin alışması nəticəsində baş verib.

2024-09-27 19:25

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.

“Report” xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.

Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.

Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.

Seçilən
17
far.az

1Mənbələr