Gürcüstanda təlim-məşq toplanışında olan 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. U-17 millimiz Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Gürcüstan Futbol Federasiyasının Rustavi şəhərində yerləşən akademiyasında baş tutan görüşdə meydan sahibləri 4:0 hesablı qələbə qazanıblar. Qeyd edək ki, bu komandalar arasında sentyabrın 30-da ikinci yoldaşlıq matçı keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta