AZ

"Yuventus" 199 milyon zərər edib

İtaliyanın "Yuventus" klubu maliyyə ili ərzində 199,2 milyon avro zərər çəkdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, əvvəlki maliyyə ili ilə müqayisədə itki 75,5 milyon avro artıb. “Yuventus”un gəliri ötən maliyyə ilində 507,7 milyon avro olub.

Qeyd olunur ki, klubun Çempionlar Liqası və Klublararası Dünya Çempionatı da daxil olmaqla 5 turnirdə iştirakı cari maliyyə ilində gəlirlərə müsbət təsir göstərəcək. Keçirilən beş matçdan sonra "Yuventus" 9 xalla A Seriyasının turnir cədvəlində dördüncü yerdədir. Komanda növbəti mərhələdə “Genoa” ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 28-də, Moskva vaxtı ilə saat 19:00-da başlayacaq.

Seçilən
12
90deqiqe.az

1Mənbələr