AZ

Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun qol vurduğu matçda “Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının V turunda qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, doğma meydanda “Əl-Vəhda” kollektivini qəbul edən Ər-Riyad təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Görüşdə hesabı 41-ci dəqiqədə Qabriel Ancelo açıb. 56-cı dəqiqədə isə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirməklə matçda yekun hesabı müəyyənləşdirib.

Qeyd alınan nəticənin ardından “Əl-Nəsr” məğlubiyyətsizlik seriyasını 5 oyuna çatdıraraq, 11 xalla 2-ci yerdə qərarlaşıb. “Əl-Vəhda” kollektivi isə 4 xalla və 11-ci pillədə yer alıb.

Seçilən
2
5
far.az

10Mənbələr