AZ

"Arsenal" onu 40 milyon avroya "Palmeyras"a sata bilər

"Palmeyras" "Arsenal"ın hücumçusu Qabriel Jezusla maraqlanır.

90deqiqe.Az "Bola VIP"ə istinadən xəbər verir ki, Braziliyalı təmsilçisi 27 yaşlı forvardı karyerasına başladığı kluba qaytarmaq arzusundadır. "Topçular"ın hücumçuya 40 milyon avro təklif etsələr, qış transfer pəncərəsində onu satmağa hazır olacağı vurğulanır.

Qabriel 2022-ci ilin yayında "Mançester Siti"dən "Arsenal"a keçib. Hücumçu "Siti"nin düşərgəsinə 2017-ci ilin qışında "Palmeyras"dan köçüb. Futbolçunun London klubu ilə hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Seçilən
13
90deqiqe.az

1Mənbələr