AZ

DGK Tibbi Xidmət İdarəsinin nümayəndələri Astara Şəhidlər Xiyabanını ziyarət edib

DGK

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Anım Günündə Astara şəhərində Şəhidlər Xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, tibbi heyəti və əməkdaşlar 27 Sentyabr - Anım Günü münasibətilə Vətən müharibəsində canlarını qurban vermiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıb, məzarlarının üzərinə tər çiçəklər düzüblər.

Seçilən
11
1
azertag.az

2Mənbələr