AZ

Sarri "Everton"un yeni baş məşqçisi ola bilər

"Everton"un yeni sahibləri komandanın yeni baş məşqçisi kimi Mauritsio Sarrini nəzərdən keçirir.

90deqiqe.Az "Mirror"a istinadən xəbər verir ki, “şirniyyatlar”ın hazırkı baş məşqçisi Şon Dayş komandanın zəif nəticələrinə görə bu mövsümün sonuna qədər istefaya göndərilə bilər.

İngiltərə Premyer Liqasının beş turundan sonra "Everton" bir xal toplayıb və hazırda sonuncu, 20-ci yeri tutur.

Sarrinin son iş yeri 2021-ci ilin iyulundan 2024-cü ilin martına kimi çalışdırdığı Latsio olub. Bundan əvvəl italiyalı mütəxəssis artıq İngiltərə çempionatında çalışıb. 2018/2019 mövsümündə o, Londonda "Çelsi"yə rəhbərlik edib.

Seçilən
8
90deqiqe.az

1Mənbələr