Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.Komanda.az xəbər verir ki, Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə – Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə, Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta