AZ

Ölkə iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir

Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlət başçısıİlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinintəkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir.«İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeydetmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldəedilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir» söyləyən cənab İlhamƏliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinə yönəltdi. Belə ki, iqtisadiartım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə,geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişafetmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyanməqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkəiqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlarsiyasəti öz bəhrəsini verməkdədir.İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşa edilib.Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70 kilometrdir. Odağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpünün inşası nəzərdə tutulur.Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerji potensialı gücləndirilir vəson üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları istismara verildi və bu prosesdavam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər, kəndlər salınır. Bir sözlə, Qarabağınvə Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.“Böyük qayıdış” Proqramı uğurla icra olunur. Bütün böyük infrastruktur layihələri iləyanaşı, əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar. Dövlətbaşçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi.Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq. Hədəfbu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Prezidentİlham Əliyev bu əminliyi ifadə edir ki, biz buna da nail olacağıq.2024-cü ilin geridə qalan ayları göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanaqlı iqtisadiinkişaf tempini qoruyub saxlayıb. Bir tərəfdən Ümumi Daxili Məhsuldakı artım, digər tərəfdənqeyri-neft sektorunun iqtisadi artımdakı rolunun genişləndirilməsi və artıq drayverə çevrilməsiondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlı hədəflərə nail olunması,eyni zamanda neftdən asılılığın minimumlaşdırılması ilə bağlı strategiya uğurla icra edilir.İqtisadi artım dayanıqlıdır və son illər iqtisadi artım tempi qorunub saxlanılıb. Digər tərəfdənisə iqtisadi artımda qeyri-neft sektoru xüsusi paya malikdir. Bu da iqtisadiyyatın şaxələnməsibaxımından vacibdir. Eyni zamanda Azərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha dagüclənir. Çünki Azərbaycan xarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşıgöstəricilərdən birinə malik olan ölkələrdəndir. Bu da ondan xəbər verir ki, Azərbaycaniqtisadiyyatı təhlükəsizlik yastığına malikdir. Xüsusilə də xarici faktorlardan iqtisadiyyatınasılılığını minimumlaşdırıb. 2024-cü ilin geridə qalan ayları üçün planlaşdırılan nəticələrə,hədəflərə praktik olaraq nail olmaq mümkün olub. Bu isə ilin yekununda daha sürətli iqtisadiartımın əldə edilməsinə imkan yaradacaq.Yeganə Cəbiyeva,S.Vurğun adına 3 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi

Seçilən
12
kanal24.az

1Mənbələr