AZ

“Böyük Qayıdış” Proqramı uğurla icra olunur

Sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunan müşavirədə dövlətbaşçısı İlham Əliyev bir daha diqqəti əsas hədəfimiz olan dayanıqlı inkişaf modelinintəkmilləşdirilməsinə yönəltdi. Bildirdi ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilənsəviyyədədir. «İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqındadanışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlinəvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir»söyləyən cənab İlham Əliyev diqqəti cari ilin ötən dövrünün əsas iqtisadi göstəricilərinəyönəltdi. Belə ki, iqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləritəhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbətgöstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaftemplərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neftsektorumuz 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsiistiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsiniverməkdədir.İnfrastruktur layihələri çox geniş miqyas alıb. 3 min kilometr avtomobil yolu inşaedilib. Ümumi layihələrin sırasında 45 tunel nəzərdə tutulur. Bu tunellərin uzunluğu 70kilometrdir. O dağlarda tunel açmaq, yol salmaq asan məsələ deyil. 450 körpününinşası nəzərdə tutulur. Dəmir yolları, iki Beynəlxalq Hava Limanı istifadəyə verildi. Enerjipotensialı gücləndirilir və son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyalarıistismara verildi və bu proses davam etdirilir. Məktəblər, xəstəxanalar, sosial obyektlər,kəndlər salınır. Bir sözlə, Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi üçüngenişmiqyaslı işlər aparılır.“Böyük qayıdış” Proqramı uğurla icra olunur. Bütün böyük infrastruktur layihələriilə yanaşı, əsas nailiyyətimiz odur ki, 4 şəhərə və 4 kəndə keçmiş köçkünlər qayıtmışlar.Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamları xüsusi qeyd etdi.Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq.Hədəf bu mərhələdə 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır.Prezident İlham Əliyev bu əminliyi ifadə edir ki, biz buna da nail olacağıq.2024-cü ilin geridə qalan ayları göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanaqlı iqtisadiinkişaf tempini qoruyub saxlayıb. Bir tərəfdən Ümumi Daxili Məhsuldakı artım, digərtərəfdən qeyri-neft sektorunun iqtisadi artımdakı rolunun genişləndirilməsi və artıqdrayverə çevrilməsi ondan xəbər verir ki, Azərbaycanda iqtisadiyyatın inkişafı ilə bağlıhədəflərə nail olunması, eyni zamanda neftdən asılılığın minimumlaşdırılması ilə bağlıstrategiya uğurla icra edilir. İqtisadi artım dayanıqlıdır və son illər iqtisadi artım tempiqorunub saxlanılıb. Digər tərəfdən isə iqtisadi artımda qeyri-neft sektoru xüsusi payamalikdir. Bu da iqtisadiyyatın şaxələnməsi baxımından vacibdir. Eyni zamandaAzərbaycan iqtisadiyyatında təhlükəsizlik yastığı daha da güclənir. Çünki Azərbaycanxarici borcun ÜDM-dəki payına görə dünyada ən yaxşı göstəricilərdən birinə malik olanölkələrdəndir.Bu da ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatı təhlükəsizlik yastığınamalikdir. Xüsusilə də xarici faktorlardan iqtisadiyyatın asılılığını minimumlaşdırıb. 2024-cü ilin geridə qalan ayları üçün planlaşdırılan nəticələrə, hədəflərə praktik olaraq nailolmaq mümkün olub. Bu isə ilin yekununda daha sürətli iqtisadi artımın əldə edilməsinəimkan yaradacaq.Rəna Hacızadə,Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru

Seçilən
9
kanal24.az

1Mənbələr