AZ

Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılı deyil

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 26-da keçirilən iqtisadiməsələlərə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, əsas hədəfimiz iqtisadiyyatımızıbundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.Dövlət başçısının sözlərinə görə, iqtisadi müstəqilliyimiz beynəlxalq müstəvidə bizə oimkanı qazandırır ki, ölkəmiz eyni zamanda uğurla, inamla, şərəflə, ləyaqətlə müstəqil xaricisiyasət apara bilsin və bu proses uğurla davam edir: "2003-cü ildən keçən 21 il ərzindəAzərbaycan xalqı və dövləti sözün əsl mənasında sürətli inkişaf dövrünü yaşayıb,problemlərin əksəriyyəti öz həllini tapıb, hər bir istiqamət üzrə konkret proqramlar həyatakeçirilib. Ötən illərin qlobal iqtisadi böhranı fonunda Azərbaycan iqtisadiyyatının davamlıinkişafı, bütün sosial proqramların vaxtında həyata keçirilməsi Prezident İlham Əliyevtərəfindən hazırlanmış milli iqtisadi inkişaf modelinin möhkəm təməl üzərində qurulduğununəyani təsdiqidir. Müşavirədə dövlətimizin başçısı bu mühüm məqamlara toxunaraq bildirdi ki,iqtisadi artım 4,3 faiz olub və bugünkü dünyada gedən prosesləri təhlil edərkən vəümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir.Qeyd etmək zəruridir ki, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin edilməsi,iqtisadiyyatın şaxələndirilməsi, davamlı inkişaf strategiyasının bütün sahələrdə uğurla həyatakeçirilməsi Azərbaycanın nailiyyətlərini şərtləndirən amillərdəndir. Son illərdə də Azərbaycaniqtisadiyyatı və ümumdaxili məhsul artım nümayiş etdirir. Xarici dövlət borcu isə çox aşağısəviyyədədir və dövlət başçısının bəyan etdiyi kimi xarici borcun ümumi daxili məhsulanisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır"."Xüsusilə, Azərbaycan zəngin neft ehtiyatlarından əldə olunan valyuta ehtiyatlarınısəmərəli xərcləməklə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı üçün sərfəli bazanınyaradılmasına nail olub və hazırda qeyri-neft sektoru iqtisadi potensiala malik stratejisənayeyə çevrilib. Dövlət başçımız müşavirədə bu məsələyə toxunaraq qeyri-neft sektorunun7 faiz artdığını vurğuladı. Prezident İlham Əliyevin səsləndirdiyi bu göstəricilər ölkəiqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımların və düşünülmüş islahatlarınbəhrəsinin real nəticəsidir.Dövlət başçısı müşavirədə bu məqama xüsusi diqqət ayıraraq Azərbaycanın iqtisadiinkişaf modelinin dünyada özünü təsdiqlədiyini diqqətə çatdırdı. Prezidentimiz bir daha bəyanetdi ki, Azərbaycan öz resurslarına arxalanaraq güclü iqtisadiyyat qurub və heç kimdən asılıdeyil.Bu gün dünya üçün nümunə sayılan ölkəmizin iqtisadi inkişaf modelinin hazırkigöstəriciləri fərəh doğurur. Bu yüksəlişin birmənalı şəkildə müəllifi olan Prezident İlhamƏliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlərləri, tapşırıqlarıiqtisadi inkişafımızı sürətləndirəcəyinə, daha böyük inkişafa yol açacağına inam yaradırMircamal Həşimov,Mil-Muğan Regional Təhsil İdarəsi, Sabirabad rayon Təhsil sektorunun müdiri

Seçilən
1
1
kanal24.az

2Mənbələr