AZ

Məşqçi-müəllimlər üçün növbəti kurs Sumqayıtda keçirilib

Azərbaycan Voleybol Federasiyasının məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

İdman.biz xəbər ki, Sumqayıt OİK-də təşkil olunan kurs altı gün davam edib.

AVF-nin “1-ci dərəcə” məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib. Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu gününda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin “1-ci dərəcə” sertifikatı təqdim olunub.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin “1-ci dərəcə” sertifikatını almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

İdman.biz

Seçilən
7
3
idman.biz

7Mənbələr