AZ

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda mükafat qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda təşkil olunan “WTT Youth Contender” turnirində ilk mükafatlarını qazanıblar.

"Far.Az" xəbər verir ki, Batumi sınaqlarının ikinci günündə əvvəlcə Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi qarışıq qoşa yarışlarında etimadı doğruldub.

16 yaşlı idmançılar U-19 yaş dərəcəsində üçüncü yeri tutublar. 13 yaşadək idmançıların şəxsi mübarizəsində isə, Onur Quluzadə 1-ci, Yağmur Məmmədli 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, 11 ölkə stolüstü tennisçilərinin qatıldığı beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Seçilən
12
1
far.az

8Mənbələr