AZ

Şahin Diniyev: "Çox bəsit qollar buraxdıq"

"Çox bəsit qollar buraxdıq".

"Far.Az" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Araz-Naxçıvan"a qarşı Azərbaycan Premyer Liqasının VIII turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqib komandanı qələbə münasibəti ilə təbrik edib:

"Oyunla bağlı deyiləcək çox söz yoxdur. Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Fərdi baxımdan bizdən üstün oyun nümayiş etdirdilər. Çox bəsit qollar buraxdıq. "Araz-Naxçıvan"ı təbrik edirəm. Məsuliyyət mənə aiddir. Bu, futbolçuların yox, mənim səhvimdir".

Qeyd edək ki, ölkə çempionatının V turunda "Səbail" səfərdə "Araz-Naxçıvan"a 2:3 hesabı ilə məğlub olub.

Seçilən
11
2
far.az

3Mənbələr