AZ

AVF-nin məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

"Far.Az" xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan və altı gün davam edən AVF-nin 1-ci dərəcə məşqçi kursunda Sumqayıt RVK-nın tərkibinə daxil olan şəhər və rayonların 11, Şərqi Zəngəzur RVK-nın isə 3 məşqçi-müəllimi iştirak edib.

Dərslər FIVB-nin məşqçi-instruktoru, AVF-nin Təhsil Şurasının rəhbəri Cengiz Akarçeşme tərəfindən keçirilib.

Kursun sonuncu günündə iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçən 9 mütəxəssisə AVF-nin 1-ci dərəcə sertifikatı təqdim olunub.

Qeyd edək ki, belə kurslar Bakıda və digər bölgələrdə də təşkil olunacaq. AVF-nin 1-ci dərəcə sertifikatını alan məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak etmək hüququ qazanacaqlar.

Seçilən
1
3
far.az

7Mənbələr