AZ

“Helen” qasırğası ABŞ-də 2 milyona yaxın insan işıqsız qoyub

Bakı. Trend:

“Helen” qasırğası ABŞ-nin bir sıra ştatlarında elektrikenerjisinin kəsilməsinə səbəb olub.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, Floridada 1,3 milyona yaxın, Corciya ştatında 500mindən çox, Cənubi Karolina ştatında 110 min, Şimali Karolinaştatında isə 30 min insan işıqsız qalıb.

“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-daFlorida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyinsürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindənbölgədə daşqınlar baş verib. Təbii fəlakət nəticəsində azı üçnəfərin öldüyü bildirilir.

Hazırda sürəti saatda 145 kilometrədək zəifləyən qasırğanınşənbə günü Tennessi ştatına çatacağı gözlənilir. Florida, Corciya,Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarındafövqəladə vəziyyət rejimi elan olunub.

Seçilən
7
13
az.trend.az

10Mənbələr