AZ

Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu

Danimarka qalıq yanacaqlardan çox asılı olduğunu vaxtında anladı və “yaşıl” alternativlər axtarmağa başladı.

“Report” xəbər verir ki, bunu Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft Bakıda “Nordic Talks” təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, qaz və neft iqtisadiyyatı Danimarka cəmiyyətinə danılmaz faydalar gətirsə də, ölkənin iqlim dəyişikliyi və çirklənmə ilə mübarizəyə kömək etmək üçün “yaşıl” keçidə doğru dönüşə ehtiyacı var idi.

“Biz gördük ki, enerji istehlakını ixtisar edə, CO2 emissiyalarını azalda və eyni zamanda inkişaf edən iqtisadiyyata sahib ola bilərik”, - səfir bildirib.

Ole Toft vurğulayıb ki, Danimarka daha çox “yaşıl” enerji istehsal etmək və onu ixrac edə bilmək üçün bərpa olunan enerji mənbələrinə sərmayə qoymağa davam etməyi planlaşdırır.

Seçilən
0
2
far.az

3Mənbələr