AZ

Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatdı

Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb. Matc.az xəbər verir ki, 8 qrossmeysterin qüvvəsini sınadığı turnirdə şahmatçılar dünən olduğu kimi rapid növündə çıxış ediblər. Azərbaycan yarışda 3 idmançı - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə təmsil olunur. IV tur Şəhriyar Məmmədyarov - Aravind Çitambaram 0,5:0,5 Aydın Süleymanlı - Rauf Məmmədov 1:0 Yan Nepomnyaşi - Riçard Rapport 1:0 Vladislav Artemyev - Nodirbek Abdusattorov 0,5:0,5 V tur Nodirbek Abdusattorov - Şəhriyar Məmmədyarov 0:1 Riçard Rapport - Vladislav Artemyev 0,5:0,5 Rauf Məmmədov - Yan Nepomnyaşi 1:0 Aravind Çitambaram - Aydın Süleymanlı 1:0 VI tur Şəhriyar Məmmədyarov - Aydın Süleymanlı 1:0 Yan Nepomnyaşi - Aravind Çitambaram 1:0 Vladislav Artemyev - Rauf Məmmədov 0,5:0,5 Nodirbek Abdusattorov – Riçard Rapport 1:0 VII tur Riçard Rapport - Şəhriyar Məmmədyarov 0:1 Rauf Məmmədov - Nodirbek Abdusattorov 0:1 Aravind Çitambaram - Vladislav Artemyev 0:1 Aydın Süleymanlı - Yan Nepomnyaşi 0,5:0,5 Bu qarşılaşmalardan sonra Nepomnyaşi 10, Məmmədyarov 9, Abdusattorov və Artemyev 8, Rapportla Süleymanlı 6, Çitambaram 5, Məmmədov isə 4 xal toplayıb. Qeyd edək ki, Vüqar Həşimov Memorialında sabah şahmatçılar blits növündə mübarizə aparacaqlar.    

Seçilən
7
5
matc.az

10Mənbələr