AZ

Şəhidlərimizin əziz xatirəsi Ağdamda və Xocavənddə də ehtiramla anılıb

Qırx dörd günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi işğaldan azad edilmiş Ağdam şəhərində də ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Ağdam rayon polis şöbəsinin və digər dövlət qurumlarının, tikinti şirkətlərinin əməkdaşları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi işğaldan azad edilmiş Xocavənd şəhərində də ehtiramla anılıb.

Seçilən
1
1
yeniazerbaycan.com

2Mənbələr