AZ

Azərbaycanda polkovnik HƏBS EDİLDİ

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah  oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, 311.3.2-ci və digər maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Hərbi Prokurorluqdan Adalet.az-a verilən məlumata görə, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Seçilən
0
49
adalet.az

10Mənbələr