AZ

Qazaxda 27 sentyabr - Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirildi -Fotolar



27 sentyabr 2024-cü il tarixdə YAP Qazax rayon təşkilatında
27 sentyabr - Anım Gününə həsr olunmuş “Məğrur xalqın qürur günü” mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanına gedərək Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər qərənfillər düzərək müqəddəs Şəhidlərimizə olan dərin hörmət və ehtiramlarını bildirdilər. 
YAP Qazax rayon təşkilatında davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

aia.az xəbər verir ki, tədbiri YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr dilədi və Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizin, qazilərimizin keçdiyi şərəfli döyüş yolundan, qəhrəmanlığından geniş danışdı. A.Nəbiyev Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil, suveren Azərbaycanımızın qazandığı nailiyyətlərdən, əldə etdiyi uğurlardan, qarşıda duran hədəflərdən də ətraflı bəhs etdi.

Tədbirdə çıxış edən Qazax RİHB – nın müavini Gülayə Həsənova, Vətən müharibəsi qazisi Samir Çobanov, şəhid atası Elxan Abdullayev, gənc partiya fəalı Pəri İbrahimova çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli Azərbaycan ordusunun şücaətindən ətraflı danışdılar. Natiqlər müdrik Azərbaycan xalqının Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında yeni – yeni uğurlara, qələbələrə imza atacağına böyük əminliklərini bildirdilər.
Sonda partiya veteranlarından şair Cavanşir Rüstəm, Kazım Kazımlı müqəddəs şəhidlərimizə həsr etdikləri şeirlərini səsləndirdilər və qəhrəman övladlarımıza rəhmət dilədilər.




Seçilən
8
1
aia.az

2Mənbələr