AZ

ETSN kollektivi şəhidlərin əziz xatirəsini yad edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-si Anım Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Zəfər parkında və İkinci Fəxri xiyabanda olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qurumun əməkdaşları Zəfər parkındakı xatirə daşının önünə gül dəstələri düzərək, Vətənimiz uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra İkinci Fəxri xiyabanda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb, məzarları önünə gül dəstələri düzülüb.

Seçilən
4
4
azertag.az

5Mənbələr