AZ

"Sumqayıt" sıralarına yeni qapıçı cəlb etdi - RƏSMİ

“Sumqayıt” heyətinə yeni qapıçı cəlb edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü "Qəbələ"də keçirmiş Rəşad Əzizli ilə müqavilə bağlayıb.

30 yaşlı Əzizli müddəti cari mövsümün sonunadək nəzərdə tutulan anlaşmaya qol çəkib. O, yeni komandasında 94 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeyros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias, Miloş Miloviç və Giorgi Karaişvilinin keçidini reallaşdırıb.

Seçilən
2
12
fanat.az

10Mənbələr