AZ

Yeni və ağır viruslar aşkar edilib

Yaponiyada aparılan yeni bir araşdırma yarasalarda müxtəlif DNT və RNT viruslarını aşkar edib.

Bu virusların 60 faizinin zoonotik (heyvanlardan insanlara keçən) viruslar olduğu açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, araşdırma Yaponiyanın Yamaquçi bölgəsində aparılıb.

130-dan çox yarasa üzərində aparılan müayinələr nəticəsində yarasaların 60 faizindən çoxunun ən azı bir virusa, o cümlədən zoonoz viruslara (heyvanlardan insanlara keçə bilən) yoluxduğu müəyyən edilib.

Araşdırmada bəzi virusların, xüsusilə adenovirus və astrovirusun genetik olaraq sürətlə təkamül etdiyi müşahidə edilib.

Bundan əlavə, Yaponiyada daha əvvəllər görünməmiş 10 yeni herpes virus növü aşkarlanıb.

Virusların sürətli təkamülü və epidemik potensialı tədqiqatda tapılan virusların bəziləri Çin və Koreyadakı viruslarla genetik oxşarlıqlar göstərərək, Yaponiyadakı yarasaların bölgədəki digər yarasalarla təmasda ola biləcəyini göstərir.

Bundan əlavə, araşdırma nəticəsində məlum olub ki, yarasaların 36 faizi birdən çox virusa yoluxub.

Bu, yapon yarasalarının zoonotik epidemiyalara səbəb olma potensialını artırır.

Seçilən
4
5
cebheinfo.az

9Mənbələr