AZ

Səhiyyə Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin əziz xatirəsini anıb

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsinin başlanmasından dörd il ötür. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına əsasən sentyabrın 27-i ölkəmizdə Anım Günü kimi qeyd edilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Anım Günü ilə əlaqədar nazirliyin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncama əsasən, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradılır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti, xalq və dövlətin birliyi nəticəsində əldə olunan Zəfərə və qəhrəmanlıq salnaməsinə köklənərək, tariximizin ən şərəfli səhifələrindən biri yazılıb. Sentyabrın 27-i şanlı Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin və uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişən ərazi bütövlüyümüzün bərpa edilməsi, suverenliyin tam bərqərar olunması və torpaqlarımıza əsl sahiblərinin əbədi qaytarılmasına yol açan qürurverici gündür.

Seçilən
2
8
azertag.az

9Mənbələr