AZ

Bakıda boya sexində baş verən yanğın tam söndürüldü – YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Viral.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

***

Son Yazılar:

13:44

Bakının Xətai rayonu ərazisində, Xəzər TV-nin yaxınlığında yanğın başlayıb.

Viral.az xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb. 

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, yanğın hadisəsi Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verib. 

Bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

***

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğın ilə əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

 

Seçilən
2
18
viral.az

10Mənbələr